Azərbaycan və Pakistan XİN başçıları yenidən danışdılar

12:00 20.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.

 

Hafta.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində məlumat paylaşıb.

 

Xarici İşlər nazirləri iki ölkə arasında mövcud münasibətləri, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.